Azərbaycan millisinin Avropa çempionatındakı rəqibləri müəyyənləşdi
Bu gün 2018-ci ildə keçiriləcək futzal üzrə Avropa çempionatının final mərhələsinin püşkü atılıb. SportLine.az xəbər verir ki, qitə birinciliyində çıxış edəcək Azərbaycan millisi də rəqiblərini tanıyıb.
Beləliklə, "D" qrupunda qərarlaşan futzal seçməmiz İspaniya və Fransa ilə mübarizə aparacaq.
Qeyd edək ki, final mərhələsi 2018-cı il yanvarın 30-dan fevralın 10-dək Sloveniyanın Lyublyana şəhərində keçiriləcək.
Bu gün 2018-ci ildə keçiriləcək futzal üzrə Avropa çempionatının final mərhələsinin püşkü atılacaq. SportLine.az xəbər verir ki, tədbir yarışa ev sahibliyi edəcək Sloveniyanın Lyublyana şəhərində olacaq.
Qitə birinciliyində çıxış edəcək Azərbaycan millisi də mərasimdə rəqiblərini tanıyacaq.
İştirakçı ölkələr reytinq xallarına görə səbətlərə bölünüb:
I səbət: İspaniya, Rusiya, Portuqaliya
II səbət: İtaliya, Ukrayna, Azərbaycan, Qazaxıstan
III səbət: Polşa, Rumıniya, Fransa, Serbiya
Meydan sahibi Sloveniya "A" qrupunun ilk komandası olacaq.
Qeyd edək ki, püşkatma Bakı vaxtı ilə saat 14:00-da başlanacaq.