Azərbaycan millisinin Avropa çempionatının I seçmə mərhələsindəki rəqibləri bəlli olub

Azərbaycanın çimərlik futbolu millisinin Avropa çempionatının I seçmə mərhələsindəki rəqibləri bəlli olub.

Sportline.az xəbər verir ki, yığma A qrupunda yer alıb.

Sahib Məmmədovun rəhbərlik etdiyi kollektiv turnirin B Liqasında Litva, İngiltərə və Belçika ilə qarşılaşacaq.

Bu qrupun oyunları mayın 23-25-də İspaniyanın El Puerto de Santa Mariya şəhərində keçiriləcək.