Azərbaycan millisinin voleybolçusu Macarıstan Kubokunun qalibi olub
Azərbaycan millisinin voleybolçusu Ayşən Abduləzimovanın çıxış etdiyi “Vaşaş Obuda” Macarıstan Kubokunun qalibi olub.
Sportline.az xəbər verir ki, 31 yaşlı oyunçunun şərəfini qoruduğu kollektiv finalda KNRC ilə üz-üzə gəlib.
“Vaşaş Obuda” rəqibini 3:1 hesabı ilə üstələyərək beşinci dəfə Macarıstan Kubokuna sahib çıxıb.