Azərbaycan paralimpiyaçısı Dünya Kubokunda mübarizə aparacaq
Azərbaycan paralimpiyaçısı Sona Ağayeva Cənubi Koreyanın paytaxtı Seulda keçiriləcək boccia üzrə Dünya Kubokunda mübarizə aparacaq.
Bu barədə Sportline.az-a Milli Paralimpiya Komitəsindən məlumat verilib.
İdmançımız BC2 kateqoriyasında çıxış edəcək.
Qeyd edək ki, Dünya Kuboku sentyabrın 3-dən 6-na qədə təşkil olunacaq.