Azərbaycan Rumıniyaya qalib gəldi

Qadın voleybolçuların Avropa çempionatı davam edir.

Sportline.az xəbər verir ki, ilk dəfə 24 komandanın iştirakı ilə keçirilən və tarixdə birinci dəfə 4 ölkədə təşkil olunan yarışda Azərbaycan millisi 5-ci - sonuncu görüşünə çıxıb.

Bu gün keçirilən oyunlarla qrup mərhələsinə yekun vurulub. C qrupunda yarışan seçməmiz son görüşündə Rumıniya ilə qarşılaşıb. Pley-offa vəsiqəni təmin edən Covanni Kapraranın yetirmələri qrupu ən azı 3-cü pillədə tamamlamaq üçün rəqibinə məğlub olmamalı idi.

Voleybolçularımız bu vəzifənin öhdəsindən layiqincə gəliblər.

Avropa çempionatı

Qrup mərhələsi, V tur

29 avqust

Rumıniya - Azərbaycan 0:3 (15:25, 14:25, 21:25)

 

Qeyd edək ki, qrup mərhələsində ilk 4 yeri tutacaq komandalar 1/8 finala vəsiqə qazanacaq. Çempionatda ilk 7 yerin sahibləri Avropa Olimpiya Təsnifat Turnirinə vəsiqə əldə edəcək. Yarışın qalibi isə Tokio-2020 Yay Olimpiya Oyunlarına lisenziya qazanacaq.

1

Hollandiya

4

4

0

12-0

300-206

12

2

Xorvatiya

5

3

2

11-8

443-422

10

3

Azərbaycan

4

3

1

9-7

351-338

7

4

Rumıniya

4

2

2

7-8

336-362

6

5

Macarıstan

4

1

3

4-9

303-304

3

6

Estoniya

5

0

5

4-15

360-461

1