Azərbaycan – Şimali İrlandiya matçını daha çox azarkeş canlı izləyə biləcək
DÇ-2018-in təsnifat mərhələsinin iyunun 10-da keçiriləcək Azərbaycan – Şimali İrlandiya matçının yeri dəyişdirilib. Sportline.az xəbər verir ki, qarşılaşma Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. Xatırladaq ki, əvvəlcə matçın 8-ci km qəsəbə stadionunda keçiriləcəyi nəzərdə tutulmuşdu. Azərbaycan-Şimali İrlandiya görüşü saat 20:00-da başlanacaq.