Azərbaycan – Türkiyə oyununun hakimləri müəyyənləşdi
Fevralın 19-da və 21-də 19 yaşadək futzalçılardan ibarət Azərbaycan və Türkiyə yığma komandaları arasında yoldaşlıq oyunları keçiriləcək. SportLine.az Azərbaycan Futzal Federasiyasının saytına istinadən xəbər verir ki, qarşılaşmaların təyinatları açıqlanıb.
Hər iki görüşü Azərbaycan hakimləri idarə edəcək. İlk matçda Azər Əsgərov, ikinci qarşılaşmada Hikmət Qafarlı ədaləti qoruyacaq.
Yoldaşlıq oyunları
19 fevral
19:00. Azərbaycan U-19 – Türkiyə U-19
Bakı İdman Sarayı. Hakimlər: Azər Əsgərov, Anar Fərəcov, Kənan Məlikov
21 fevral
19:00. Azərbaycan U-19 – Türkiyə U-19
Bakı İdman Sarayı. Hakimlər: Hikmət Qafarlı, Rahin Heybətov, Mehman Mahmudov