Azərbaycan Xorvatiyaya qarşı
Bu gün qadın voleybolçuların Avropa çempionatı start götürür.
Sportline.az xəbər verir ki,n millimizin yer aldığı C qrupunun görüşləri Macarıstanın paytaxtı Budapeştdə keçiriləcək.
Komandamız bu gün Xorvatiya seçməsi ilə qarşılaşacaq.
Qeyd edək ki, qruplarda ilk 4 yeri tutacaq komandalar 1/8 finala vəsiqə qazanacaqlar. Çempionatın qalibi Tokio-2020 Yay Olimpiya Oyunlarına lisenziya qazanacaqsa, ilk 7 yerin sahibləri Avropa Olimpiya Təsnifat Turnirinə vəsiqə əldə edəcək.
Azərbaycan millisi C qrupunda Xorvatiya ilə yanaşı, Macarıstan, Hollandiya, Rumıniya və Estoniya ilə mübarizə aparacaq.
Avropa çempionatı
C qrupu, I tur
23 avqust
17:00. Xorvatiya - Azərbaycan