Azərbaycan Yüksək Liqasında 2 matç keçirilib

Kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasının XII turunda iki matç keçirilib.

Sportline.az xəbər verir ki, "Xilasedici" MOİK kollektivinə 3:0 hesabı ilə qalib gəlib.

"Murov Az Terminal” isə “Neftçi” klubunu 3:1 hesabı ilə üstələyib.

Hər iki görüş Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində baş tutub.