Azərbaycanın ardından daha 4 komanda Mundialda
Qadın voleybolçuların Dünya çempionatının təsnifat yarışları davam edir. SportLine.az xəbər verir ki, Azərbaycan və Serbiyanın ardından daha dörd komanda adını final mərhələsinə yazdırıb. Rusiya, İtaliya, Türkiyə və Almaniya seçmələri də Yaponiyada keçiriləcək Mundialda çıxış etmək hüququnə yiyələnib.
Qruplarda ikinci yeri tutan Yunanıstan, Çexiya, Bolqarıstan, Belçika, Hollandiya və Sloveniya isə mübarizəni pley-offda davam etdirəcəklər. Bu komandalardan ikisi mübarizənin sonunda Dünya çempionatına yüksələcək.
Qeyd edək ki, Mundial sentyabrın 30-dan oktyabrın 21-dək Yaponiyada təşkil olunacaq.