Azərbaycanın bədii gimnastları dünya çempionatına yollanıb
Bədii gimnastika üzrə Azərbaycan millisi Bolqarıstanın paytaxtı Sofiyada keçiriləcək dünya çempionatına yollanıb.
Sportline.az xəbər verir ki, sentyabrın 14-də start götürəcək yarış 5 gün davam edəcək.
Yığmanın heyətində fərdi yarışlarda Zöhrə Ağamirova, İlona Zeynalova və Alina Gözəlova çıxış edəcək.
Qrup hərəkətləri komandasında isə Güllü Ağalarzadə, Ləman Əlimuradova, Kamilla Əliyeva, Zeynəb Hümmətova, Yelizaveta Luzan və Darya Sorokina yer alıb.