Azərbaycanın beş samboçusu III MDB Oyunlarında finala yüksəlib

Azərbaycanın beş samboçusu III MDB Oyunlarında finala yüksəlib.

Sportline.az xəbər verir ki, Abdullətif Musayev (53 kq), Rustəm Qasımzadə (58 kq), Nihad Rəhimov (64 kq), Rəsul Səmədli (+98 kq) və Əbubəkir Hüseynov (98 kq) qızıl medal uğrunda görüşə vəsiqə qazanıblar.

Yarımfinalda uduzan Mikayıl Əmirov (71 kq) və Xəzər Əmrahlı (88 kq) bürünc mükafat qazanmağa çalışacaqlar.

Görüşlər Göygöl Olimpiya İdman Kompleksində keçirilir.