Azərbaycanın daha 3 idmançısı dopinqə "ilişdi"

Azərbaycanın daha üç idmançısı dopinqdən istifadəyə görə cəzalandırılıb.

Azərbaycan Milli Antidopinq Agentliyindən (AMADA) "Report"a verilən məlumata görə, velosipedçi Ramazan Əliyev 33 aylıq, ağırıqqaldıranlar -Emin Qocayev və Rəcəb Mustafayev 48 ay müddətinə diskvalifikasiya olunub.

Bununla da AMADA tərəfindən cəzalandırılan idmançıların sayı 39-a çatıb.