Azərbaycanın voleybol millisi EEVZA çempionatında bu gün ilk oyununa çıxacaq
18 yaşadək voleybolçu qızlardan ibarət Azərbaycan millisi Şərqi Avropa Zonal Assosiasiyası (EEVZA) çempionatında bu gün ilk oyununa çıxacaq.
Sportline.az xəbər verir ki, Latviyanın Dauqavpils şəhərində təşkil olunan yarışın ilk günündə komandamızın rəqibi yerli voleybolçular olacaq.
Qarşılaşma Bakı vaxtı ilə saat 22:00-da başlayacaq. Şahin Çatmanın rəhbərlik etdiyi kollektiv noyabrın 26-dək davam edəcək çempionatda Gürcüstan, Ukrayna, Litva, Estoniya və Polşaya qarşı da mübarizə aparacaq.
AVRO-2024-ə seçmə xarakter daşıyan yarışın reqlamentinə əsasən, çempion olacaq komanda qitə birinciliyinin final mərhələsinə vəsiqə əldə edəcək.