Azərbaycanlı alpinistdən bəhs edən film İtaliyada qalib olub
İtaliyanın Milan şəhərində keçirilən beynəlxalq idman kinofestivalı FICTS-də Arzu Urşanın "Arzunun ardınca" ("Following the Dream") filmi "Documentary – Individual Sport" kateqoriyasının qalibi olub.
Bu barədə Sportline.az-a Gənclər və İdman Nazirliyindən məlumat verilib.
Qeyd edək ki, nazirliyin dəstəyi ilə çəkilmiş və avqustun 8-də Bakıda təqdimatı keçirilmiş sənədli film alpinist Elmira Aslanovanı Everest zirvəsinə aparan yoldan bəhs edir.