Azərbaycanlı futbolçu Almaniyada het-trik etdi
Azərbaycan millisinə cəlb olunan Renat Dadaşov "Ayntraxt"ın 19 yaşlılar ibarət komandasında növbəti oyununa çıxıb. SportLine.az xəbər verir ki, rəqib "Ştutqart" olub.
Qarşılaşma "Ayntraxt"ın qələbəsi ilə yekunlaşıb - 5:1.
R.Dadaşov üç dəfə rəqib qapısına yol tapmaqla komandasının qələbəsində pay sahibi olub.
Qeyd edək ki, 17 yaşlı futbolçumuzun komandası 21 turdan sonra 27 xalla 8-ci yeri tutur.