Azərbaycanlı futbolçu Makedoniya klubunda

21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin üzvü Tural Hümbətov karyerasını Makedoniyada davam etdirəcək. SportLine.az xəbər verir ki, müdafiəçi "Pobeda" klubu ilə razılığa gəlib. Futbolçu qarşıdakı bir ildə Makedoniya klubunun şərəfini qoruyacaq.

Qeyd edək ki, T.Hümbətovun sonuncu klubu AZAL olub.