Azərbaycanlı futbolçu Rusiyada debüt etdi

Rusiyanın "Fakel" klubuna transfer edilən Samir Məsimov yeni klubunda ilk oyununa çıxıb.

SportLine.az xəbər verir ki, Rusiya I Divizionunda yeni mövsümün ilk turuna təsadüf edən görüşdə S.Mənsimovun komandası "Volqar"la qarşılaşıb. Matçda hesab açılmayıb.

S.Mənsimov 21-ci dəqiqədə meydana daxil olub və 86-cı dəqiqədə əvəzlənib.