Bədii gimnastika üzrə Azərbaycan və Bakı çempionatları olacaq

Avqustun 29-31-də Milli Gimnastika Arenasında bədii gimnastika üzrə 26-cı Azərbaycan və Bakı çempionatları keçiriləcək.

Sportline.az xəbər verir ki, yarışlarda fərdi gimnastlar uşaq, yeniyetmə, gənc və böyüklər mübarizə aparacaqlar. İştirakçılar arasında “Ocaq Sport” Klubu, Bakı Gimnastika Məktəbi, Respublika Kompleks İdman Məktəbi, “AyUlduz” Klubu, Sərhədçi İdman Olimpiya Mərkəzi, Su İdman Sarayı, Zabrat İdman Klubu, GymKids Klubu, Daxili İşlər Nazirliyinin idman məktəbi, Zirə Mədəniyyət Mərkəzi, həmçinin Sumqayıt, Gəncə, Mingəçevir və Şağan gimnastları yer alacaqlar.

Üç gün davam edəcək turnirdə 100-dən çox gimnast birincilik uğrunda mübarizə aparacaq.