Bakı Metropoliteni "Qarabağ"a "hə" dedi
“Qarabağ” Avropa Liqasının qrup mərhələsinin V turunda Portuqaliya “Sportinq”i ilə oyun üçün Bakı Metropoliteninə müraciət edib.
SportLine.az klubun rəsmi Facebook səhifəsinə istinadən xəbər verir ki, oyunun gec başa çatacağını nəzərə alan Ağdam təmsilçisi azarkeşlərin rahat şəkildə ünvanlarına çatması üçün metronun bir saat daha gec - saat 01:00-da bağlanmasını xahiş edib.
Qeyd edək ki, dekabrın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək oyun saat 21:55-də başlayacaq.
Bakı Metropoliteni isə "Qarabağ" klubunun müraciətini müsbət cavablandırıb. Bu barədə "Report"a Metropolitenin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov məlumat verib. O bildirib ki, "Koroğlu" stansiyasının girişi görüşdən sonra zərurət olduğu qədər açıq olacaq.