Bakıda bədii gimnastika üzrə dünya kubokuna yekun vurulub

Milli Gimnastika Arenasında keçirilən bədii gimnastika üzrə dünya kuboku turniri yekunlaşıb.

Sportline.az xəbər verir ki, qrup hərəkətlərində 5 top, 3 halqa və 2 cüt gürzlə yarışlarda ən güclülər müəyyənləşib.

5 topla yarışlarda Rusiya seçməsi 24.850 xalla birinci, Yaponiya millisi 24.450 xalla ikinci, Ukrayna təmsilçiləri isə 24.350 xalla üçüncü olub. Üç halqa və 2 cüt gürzlə hərəkətlərdə isə Bolqarıstan gimnastları (25.550 xal) qızıl, Rusiya atletləri (25.250 xal) gümüş, Ukrayna təmsilçiləri (25.150 xal) bürünc medal qazanıblar.