Savinyonun adı London klubunun transfer siyahısında yer alır

"Mançester Siti"nin futbolçusu Savinyo "Tottenhem"in transfer hədəfində yer alır.

Sportline.az "The Athletic" nəşrinə istinadən xəbər verir ki, "mahmızlar" bu keçid üçün 45 milyon avro ödəməyə hazırdır.

Brazilyalı oyunçu "şəhərlilər"lə sözləşməsi 2031-ci ilin iyun ayına qədərdir.

Qeyd edək ki, Savinyo "Mançester Siti"dən ayrılmaq fikrinə müsbət yanaşır.