Sörlotun Türkiyəyə qayıdışı gündəmdədir

"Atletiko"nun hücumçusu Aleksander Sörlot karyerasını yenidən Türkiyə Superliqasında davam etdirə bilər.

Sportline.az xəbər verir ki, "Fənərbağça" və "Beşiktaş" 30 yaşlı oyunçunu transfer etməyə çalışır.

Bu haqda "Marca" nəşri məlumat yayıb.

Qeyd edək ki, A.Sörlot daha əvvəl Türkiyədə "Trabzonspor"da forma geyinib.