Bakıdan Naxçıvana 40-a yaxın jurnalist yollanacaq.

Futbol üzrə Azərbaycan kubokunun final matçını işıqlandırmaq üçün, Naxçıvana 40-a yaxın idman jurnalisti yollanacaq. Bu haqda Sportline.az-a PFL-in Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Aslan Şahgəldiyev məlumat verib. Onun sözlərinə görə, artıq Bakı-Naxçıvan reysinə biletlər də alınıb. Final matçını canlı izləmək istəyənlər üçün isə, mayın 1-dən, dəyəri 1 AZN olan biletlər satışa çıxarılacaq. Bakıdan bilet əldə etmək üçün PFL-ə müraciət olunmalıdır. Xatırladaq ki, Azərbaycan kubokunun mayın 5-də keçiriləcək final görüşündə “Qarabağ” və  “Qəbələ” komandaları münasibətləri aydınlaşdıracaq.

Banner