"Bakı"nın 6 xalı silindi

Azərbaycan I Divizionunda çıxış edən "Bakı" klubunun daha 6 xalı silinib. SportLine.az xəbər verir ki, buna AFFA-ya daxil olan şikayət məktubu səbəb olub.

FİFA tərəfindən göndərilən məktubda "zolaqlılar"da çıxış etmiş Marius Pena ilə klub arasında bağlanan müqavilənin şərtlərinə riayət olunmadığı bilidilib. Bu səbəbdən, AFFA İntizam Komitəsi "Bakı"nın hesabından 6 xal silinməsi barədə qərar qəbul edib.

Qeyd edək ki, bunadək paytaxt klubunun hesabında cari mövsümdə 9 xal silinmişdi.

Banner