"Baku Sportinq" yeni transferini açıqlayıb

Azərbaycanın I Liqa klubu "Baku Sportinq" heyətini serbiyalı futbolçu Luka Stevanoviçlə gücləndirib.

Bu barədə Sportline.az-a klubun mətbuat xidmətindən məlumat verilib.

Ötən mövsüm də Bakı klubunun formasını geyinmiş serbiyalı yarımmüdafiəçi ilə 1 illik müqavilə imzalanıb.

Qeyd edək ki, 27 yaşlı oyunçunun son klubu Belarus təmsilçisi "Molodeçno" olub.