Balde "Mançester Yunayted" yolunda

Alexandro Balde "Mançester Yunayted"ə keçidi gündəmdədir.

Sportline.az xəbər verir ki, bu haqda insayder Fabrizio Romano məlumat yayıb.

22 yaşlı sol cinah müdafiəçisinin meneceri İngiltərə klubu ilə danışıqlara başlayıb.

Qeyd edək ki, A.Balde cari mövsüm meydana çıxdığı 34 matçda 3 asistlə yadda qalıb.