"Baltsan" - "Neftçi" matçının vaxtı dəqiqləşdi

UEFA Avropa Liqasının I təsnifat mərhələsi çərçivəsində keçiriləcək "Baltsan" (Malta) - "Neftçi" matçının başlanma vaxtı dəqiqləşib. SportLine.az xəbər verir ki, oyunun start fiti 30 iyun, Bakı vaxtı ilə 20:00-da səslənəcək. Qarşılaşma "Hibernians" stadionunda oynanılacaq.

Qeyd edək ki, cavab görüşü 1 həftə sonra  Bakıda keçiriləcək.