Barış Alper karyerasını İngiltərədə davam etdirə bilər
“Qalatasaray”ın 24 yaşlı futbolçusu Barış Alper Yılmaza Premiyer Liqa klubundan təklif gəldiyi bildirilib.
Sportline.az “Sabah Spor” qəzetinə istinadən xəbər verir ki, “Notinqem Forest” klubu yanvar ayında Barış Alper üçün “Qalatasaray”a rəsmi təklif göndərəcək.
Barış Alperin transfer dəyəri 21 milyon avro olaraq təyin edilib.
Qeyd edək ki, Barış Alper Yılmaz bu mövsüm bütün turnirlər daxil olmaqla çıxış etdiyi 13 matçda 4 qol 1 asistlə yadda qalıb.