Barış Alper Yılmaz "Qalatasaray"dan ayrılır?
"Qalatasaray"ın oyunçusu Barış Alper Yılmaz karyerasını Səudiyyə Ərəbistanında davam etdirə bilər.
Sportline.az xəbər verir ki, NEOM klubu türkiyəli vingeri transfer etmək niyyətindədir. Bu barədə "Fanatik" qəzeti məlumat yayıb.
Səudiyyə təmsilçisi artıq “Qalatasaray” klubuna rəsmi müraciət ünvanlayaraq futbolçu ilə bağlı ətraflı məlumat istəyib.
Super Liqa təmsilçisi Barışın satışına qarşı çıxmır. Klub, oyunçu üçün 45-50 milyon avro aralığında təzminat tələb etməyi planlaşdırır.