Barış Alper Yılmazın transfer qiyməti açıqlanıb

"Qalatasaray" Barış Alper Yılmazı heyətinə qatmaq istəyən komandaların ən azı 35 milyon avro ödəməli olacağını açıqlayıb.  

Sportline.az "Fanatik" qəzetinə istinadən xəbər verir ki, "Qalatasaray"ın rəhbərliyi İngiltərənin "Nottingham Forest" klubunun Barış Alper Yılmaz üçün irəli sürdüyü 20 milyon avroluq təklifi rədd edib.  

"Sarı-qırmızılar" ulduz futbolçu üçün minimum 35 milyon avro tələb edir.  

Qeyd edək ki, Barış Alper Yılmaz bu mövsüm "Qalatasaray" forması ilə 35 oyunda iştirak edərək 11 qol vurub və üç məhsuldar ötürmə edib.