Barışmaz rəqiblər 26 ildən sonra yoldaşlıq matçına çıxacaqlar
"Barselona" beynəlxalq turnirdə "Real"la qarşılaşacaq. Sportline.az xəbər verir ki, əzəli rəqiblər sonuncu dəfə 26 il bundan əvvəl yoldaşlıq matçına çıxıblar. İspaniya təmsilçiləri ilə yanaşı həmin turnirdə "Mançester Yunayted", "Yuventus" və ABŞ-ın "MFl-in ulduzları" komandası iştirak edəcək. "Barsa" ilə "Real" iyulun 19-da Mayamidə üz-üzə gələcək.