Barkola İspaniya nəhənginin hədəfindədir
"Real Madrid" "Paris Sen-Jermen"in fransalı futbolçusu Bredli Barkolanı transfer etmək üçün hərəkətə keçib.
Sportline.az "Fichajes" nəşrinə istinadən xəbər verir ki, Madrid təmsilçisi bu keçid üçün qarşı tərəfə 70 milyon avro ödəməyə hazırdır.
Sözügedən oyunçunun PSJ ilə sözləşməsi 2028-ci ilin iyun ayına qədərdir.
Qeyd edək ki, Barkola bu mövsüm meydana çıxdığı 21 matçda 4 qol, 5 asistlə yadda qalıb.