"Barsa"ya keçsə, Aleksisi də qaytaracaq

Luis Enrikenin "Barselona"dakı vəziyyəti getdikcə qəlizləşməkdədir. Onun mövsümün sonunda əvəzlənəcəyi ehtimal olunur. 

SportLine.az xəbər verir ki, bu barədə goal.com məlumat yayıb. 

Xəbərdə deyilir ki, katalonlar "Sevilya"nın çalışdırıcısı Xorxe Sampaoli ilə münasibətləri rəsmiləşdirmək niyyətindədirlər. Tərəflərin artıq müəyyən məsələləri müzakirə etdiyi də iddia edilir. Məlumatda X.Sampaolinin, hətta "Barsa"ya keçəcəyi təqdirdə rəhbərlik qarşısında bəzi tələblər qoyacağı da deyilir. 

İddialara görə, hazırda "Sevilya"da fəaliyyət göstərən mütəxəssis, ilk növbədə, Aleksis Sançezin qaytarılmasını istəyəcək.

Qeyd edək ki, A.Sançezin bu mövsümün sonunda müqaviləsi başa çatır.