"Barselona" 100 milyon avronu "Atletiko"ya ödəməyə hazırdır
"Barselona" Xuliyan Alvarez üçün 100 milyon avro ödəməyə hazırdır.
Sportline.az xəbər verir ki, bu haqda "Mundo Deportivo" nəşri məlumat yayıb.
26 yaşlı futbolçu bu mövsüm "Atletiko"nun heyətində meydana çıxdığı 49 matçda 20 qol, 9 asistlə yadda qalıb.
Qeyd edək ki, X.Alvarezin Madrid klubu ilə sözləşməsi 2030-cu ilin iyun ayına qədərdir.