"Barselona" 3 xalı 3 qolla qazandı
İspaniya La Liqasında 30-cu tur davam edir. SportLine.az xəbər verir ki, turun mərkəzi görüşündə "Barselona" "Sevilya" ilə üz-üzə gəlib. Qarşılaşma katalonların qələbəsi ilə yekunlaşıb - 3:0.
"Barselona" - "Sevilya" - 3:0
Qollar: Luis Suares, 25, Lionel Messi, 28, 33
30-turdan sonra "Barselona" 69 xalla birinci pillədə qərarlaşıb. Kataloniya klubundan 2 oyun az keçirən "Real" 69 xalla ikinci, "Atletiko" 61 xalla üçüncüdür.