“Barselona” almaniyalı müdafiəçi ilə maraqlanır

“Bayer”in 28 yaşlı müdafiəçisi Conatan Ta karyerasını İspaniyada davam etdirə bilər.

Sportline.az “Mundo Deportivo” qəzetinə istinadən xəbər verir ki, “Barselona” rəhbərliyi Conatan Ta üçün “Bayer” klubuna 40 milyon avro tələb edib.

“Bayer” rəhbərliyi oyunçunu 60 milyon avrodan aşağı satmayacaqlarını açıqlayıblar.

Qeyd edək ki, “Real Madrid”də almaniyalı futbolçunu transfer etmək istəyir.