“Barselona” almaniyalı ulduz futbolçunu transfer etmək istəyir

İspaniya nəhəngi “Barselona” heyətini yeni futbolçularla gücləndirmək istəyir.

Sportline.az “SkySports” kanalına istinadən xəbər verir ki, “Barselona” rəhbərliyi “Bavariya”nın 29 yaşlı futbolçusu Coşua Kimmixi transfer etmək üçün hərəkətə keçib.

İspaniya klubu təcrübəli futbolçu üçün “Bavariya” klubuna 50 milyona avro ödəməyə hazırdır.

“Bavariya” rəhbərliyi Kimmix üçün 70 milyon avro tələb edib.

Qeyd edək ki, Coşua Kimmix bu mövsüm bütün turnirlər daxil olmaqla çıxış etdiyi 11 matçda 3 asistlə yadda qalıb.