"Barselona" argentinalı futbolçunu heyətinə qatacaq
"Mançester Yunayted"in rəhbərliyi Alexandro Qarnaçonu satmaq qərarına gəlib.
Sportline.az "El Nacional"a istinadən xəbər verir ki, "Barselona" yanvar ayında Qarnaço üçün "Mançester Yunayted"ə rəsmi təklif göndərəcək.
İngiltərə klubunun rəhbərliyi Qarnaço üçün "Barselona"dan 60 milyon avro tələb edir.
Qeyd edək ki, 20 yaşlı futbolçunun "Mançester Yunayted"lə müqaviləsi 2028-ci ilin iyun ayına qədər nəzərdə tutulub.
O cari mövsüm çıxış etdiyi 26 matçda 8 qol və 4 asistlə yadda qalıb.