“Barselona” cəlladına aşiq olub

"İnter"in niderlandlı futbolçusu Denzel Dumfiris "Barselona"nın maraq dairəsinə düşüb.

Sportline.az "Diario Sport"a istinadən xəbər verir ki, Kataloniya klubu mövsümün sonunda Dumfiris üçün "İnter"ə rəsmi təklif göndərəcək.

29 yaşlı futbolçunun İtaliya klubu ilə müqaviləsi 2028-ci ilin iyun ayına qədər nəzərdə tutulub.

Qeyd edək ki, Dumfiris bu mövsüm bütün turnirlər daxil olmaqla çıxış etdiyi 41 matçda 10 qol 6 asistlə yadda qalıb.