"Barselona" cəzalandırıldı
UEFA "Barselona"nı cəzalandırıb. SportLine.az xəbər verir ki, buna azarkeşlərin PSJ ilə Çempionlar Liqasının 1/8 final görüşündə etdiyi hərəkətlər səbəb olub.
Bəzi azarkeşlərin meydana çıxmasına görə, klub 19 min avro məbləğində cərimə edilib.
Qeyd edək ki, "Barselona" sözügedən matçda PSJ-yə 6:1 hesabı ilə qalib gələrək növbəti mərhələyə yüksəlib.