"Barselona" əfsanələrin "El-Klasiko"sunda qələbə çaldı
İspaniyanın "Barselona" və "Real" klublarının veteran futbolçuları Livanın paytaxtında üz-üzə gəliblər. Sportline.az xəbər verir ki, şou xarakterli oyun 3:2 hesabı ilə "kataloniyalılar"ın xeyrinə başa çatıb.
"Barsa"dan Lüdovik Jüli (2 qol) və Simau Sabroza fərqlənib. Braziliyalı Ronaldinyo 3 məhsuldar ötürmə edib. "Real"ın qollarını isə, Fernando Sans və Françesko Herrero vurub.