"Barselona" gənc futbolçusu ilə müqavilə bağlayıb
Mark Bernal “Barselona” ilə yeni müqavilə imzaladı.
Sportline.az xəbər verir ki, “Barselona” gənc yarımmüdafiəçi Mark Bernal ilə müqaviləni 2029-cu ilin iyununa qədər uzadıb və sazişə 500 milyon avro sərbəst buraxılma maddəsini daxil edib.
18 yaşlı futbolçu bir ildən artıq ön çarpaz bağlarının zədəsindən sonra bu mövsüm La Liqada “Valensiya” ilə oyun zamanı qayıdıb və hətta qol ötürməsi ilə fərqlənib.
Klub rəhbərliyi Bernalın hələ tam formaya qayıtmamış olsa da, onun gələcək layihələrdə əsas fiqur olacağına inanaraq, uzunmüddətli müqavilə təklif edib.