“Barselona” “Kamp Nou”ya qayıdır

“Barselona” rəhbərliyində gələn ayın əvvəlində “Kamp Nou” stadionuna qayıdışla bağlı təkliflər müzakirə olunmaqdadır.

“Qafqazinfo” xəbər verir ki, bu barədə klubun rəsmi saytında məlumat dərc olunub.

Bildirilib ki, Kataloniya təmsilçisi oktyabrda 27 min tamaşaçı tutumuna icazə verəcək lisenziya almalıdır. Lakin rəhbərlik gəlirlərin artırılması üçün başqa variantı da nəzərdən keçirir – əgər yan tribunalardakı təmir noyabrda tamamlanarsa, stadionun tutumu 45 min azarkeşə qədər yüksələcək.