"Barselona" Kunde ilə bağlı qərar verdi

"Barselona"nın fransalı futbolçusu Jul Kundenin adı İngiltərə klubları ilə hallanır.

Sportline.az jurnalist Fernando Polonun yaydığı məlumata istinadən xəbər verir ki, "Çelsi", "Mançester Siti" və "Liverpul" 27 yaşlı sağ cinah müdafiəçisi transfer etməyi düşünür.

Kataloniya təmsilçisi isə Kundeni satmaq niyyətində deyil.

Qeyd edək ki, "Barselona" sözügedən oyunçuya yeni sözləşmə təklif edəcək.