“Barselona” Lamin Yamal üçün gələn təklifi rədd edib

“Barselona” rəhbərliyi 17 yaşlı ispanyalı futbolçusu L.Yamal üçün göndərilən 250 milyonluq təklifi rədd etdiklərini açıqlayıb.

Sportline.az məşhur jurnalist Fabritsio Romanonun paylaşımına əsasən xəbər verir ki, “Paris Sen-Jermen” klubu Lamin Yamal üçün “Barselona”ya 250 milyon avroluq rəsmi təklif göndərib.

“Barselona”nın prezidenti Juan Laporta isə bu təklifi geri çevirib.

 “Transfermarkt” portalına görə Lamin Yamalın qiyməti 150 milyon avro olaraq təyin edilib.

Qeyd edək ki, L.Yamal bu mövsüm bütün turnirlər daxil olmaqla çıxış etdiyi 11 matçda 5 qol və 5 asistlə yadda qalıb.