“Barselona” Leva ilə yeni müqavilə imzalamayacaq
"Barselona" polşalı forvardı Robert Levandovski ilə bağlı qərar verib.
Sportline.az xəbər verir ki, Kataloniya təmsilçisi 37 yaşlı futbolçu ilə yeni müqavilə bağlamayacaq.
Bu haqda "Diario Sport" nəşri məlumat yayıb.
Qeyd edək ki, R.Levandovski cari mövsüm çıxış etdiyi 12 matçda rəqib qapılarından 7 top keçirib.