"Barselona" Lukmanla maraqlanır
"Atalanta"nın nigeryalı futbolçusu Ademula Lukman karyerasını İspaniya La Liqasında davam etdirə bilər.
Sportline.az "El Nacional" nəşrinə istinadən xəbər verir ki, "Barselona" Lukmanla yaxından maraqlanır.
Kataliniya klubu 27 yaşlı futbolçu üçün qarşı tərəfə 55 milyon avro ödəməyə hazırdır.
Qeyd edək ki, Lukmanın "Atalanta" ilə müqaviləsi 2026-cı ilin iyun ayına qədər nəzərdə tutulub.
O bu mövsüm bütün turnirlər daxil olmaqla çıxış etdiyi 31 matçda 18 qol və 7 asistlə yadda qalıb.
Lukman "Atalanta"dan ayrılmaq istədiyini klub rəhbərliyinə bildirib.