“Barselona” “Mançester Siti”yə elçi düşüb

"Mançester Siti"nin mərkəz müdafiəçisi Yosko Qvardiol "Barselona"nın diqqət mərkəzindədir.

Sportline.az "Mundo Deportivo" nəşrinə istinadən xəbər verir ki, Kataloniya klubu yayda xorvatiyalı oyunçunu heyətinə qatmağı planlaşdırır.

23 oyunçunun dəyəri 70 milyon avrodur.

Qeyd edək ki, Qvardiol 2023-cü ildən "Mançester Siti"də çıxış edir.