"Barselona" müdafiə xəttini gücləndirmək istəyir

"Barselona" klubu heyətini sağ cinah müdafidəçisi ilə gücləndirmək istəyir.

Sportline.az Mundo Deportivo-ya istinadla xəbər verir ki, kataloniyalılar "Bavariya"dan Coşua Kimmix və "Selta Viqo"dan Oskar Minqesanın xidəmətində maraqlıdır.

Xəbərdə bildirilir ki, klub qışda bu iki futbolçudan birini heyətinə qatacaq. İspaniyada yay transfer pəncərəsi sentyabrın 1-də bağlanıb.

Qeyd edək ki, "qırmızı-göylər"in maraqlandığı bir digər müdafiəçi Joao Kanselo isə "Əl-Hilal"ın yolunu tutdu.